Gündəm Özəl

"Paşinyan Ermənistanın bir subyekt olmadığını diqqətə çatdırır" — AÇIQLAMA

Paşinyan Ermənistanın bir subyekt olmadığını diqqətə çatdırır — AÇIQLAMA

Baş nazir Nikol Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümündə bu sənədi tənqid edib. O deyib ki, bu sənəd ölkəni SSRİ-nin bir hissəsinə çevirən düstur və erməniləri hər zaman regional mühitdə və qonşularla münaqişə vəziyyətində saxlayan diskursdur. Baş nazir onu da vurğulayıb ki, əslində bu sənəd ölkənin SSRİ-dən çıxmağı üçün bütün qapıları bağlayıb. Sülhə nail olmağın vacibliyini qeyd edən Paşinyan sülh gündəliyini müstəqilliyə aparan yol adlandırıb.

“Bu tək Rusiya ilə bağlı məsələ deyil. Paşinyan dolayısı ilə əslində Ermənistanın bir subyekt olmadığını diqqətə çatdırır. Fərq etməz, indiki vəziyyətdə Rusiyaya qarşı olsun və ya Qərb dünyasının qlobal güclərinə qarşı olsun, istərsə də Avropa Birliyi, ABŞ hətta qonşu İran çərçivəsində istənilən müzakirələrdə Ermənistan özünün müstəqil siyasi iradəsini ortaya qoymur. Ümumiyyətlə, bu iradə ilə hesablaşan yoxdur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ermənistan Baş nazirinin tənqid dolu çıxışına münasibət bildirən politoloq Natiq Miri deyib.

O qeyd edib ki, Paşinyan indiyədək Ermənistanın müstəqilliyinin sadəcə bir görüntüdən ibarət olduğunu sübut etməyə çalışır:

Paşinyan Ermənistanın bir subyekt olmadığını diqqətə çatdırır — AÇIQLAMA

“Diqqətə çatdırır ki, bu Bəyannamə çərçivəsində hazırlanan Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Çünki onun preambulasında da qonşu ölkələrə - Türkiyəyə, Azərbaycana ərazi iddiaları yer alır. Ona görə də köklü şəkildə vəziyyət dəyişməsə, Ermənistanın müstəqil subyekt kimi qonşularla münasibətlərini tənzimləmək mümkün olmayacaq. Bunu ermənilərin diqqətinə çatdırmaq istəyir. Bunun yolunun mütləq mənada sülhdən keçdiyini bəyan edir”.

N.Mirinin fikrincə, Paşinyanın dediklərində həqiqət var:

“Azərbaycanla sülhə nail olunmadığı bir vəziyyətdə Paşinyanın istədiklərini Ermənistan rəhbərliyi yerinə yetirə bilməz. Sülh müqaviləsinin imzalanmaması, Qarabağ məsələsinin həllə qovuşmamasının əsas səbəblərindən biri Paşinyanın revanşist qüvvələrdən, müxalif qüvvələrdən və hələ də ölkəni özünə vassal sayan Rusiya kimi dövlətlərdən qorxmasıdır. Hədəfi göstərir ki, əgər müstəqil güclü dövlət istəyirsinizsə, mütləq sülh müqaviləsi imzalanmalı, sülh şəraiti çərçivəsində normal qonşuluq siyasəti aparılmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova