“Vaqner”in qurucusu Yevgeni Priqojinin ölümü ilə bağlı iş Rusiya İstintaq Komitəsinin xüsusilə mühüm işlərin araşdırılması üzrə Baş idarənin müstəntiqi İvan Sibula həvalə edilib.
Demokrat.az xəbər verir ki, İstintaq Komitəsi məlumatı təsdiqləyib.
İvan Sibula 2014-cü ildə “Vnukovo” hava limanında “Fransanın Total” neft şirkətinin rəhbəri Kristof de Marjerinin ölümü ilə nəticələnən təyyarə qəzası da daxil olmaqla, səs-küylü aviaqəzaları araşdırıb.
2019-cu ildə 41 nəfərin öldüyü SSJ 100 təyyarəsinin hansı səbəbdən qəzaya uğradığını araşdırmaq da Sibulaya tapşırılmışdı.


