Tverdə “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinin olduğu bildirilən Embraer Legacy təyyarəsi Kujenkino şəhəri yaxınlığında qəzaya uğrayıb.
Demokrat.az bildirir ki, hazırda Rusiya fövqəladə hallar xidmətləri fəlakətin nəticələrini aradan qaldırmaq və səbəbini öyrənmək üçün çalışır.
Bu hadisə ilə bağlı son məlum olanları təqdim edirik:
– Rusiya hakimiyyətinin məlumatına görə, təyyarə “MNT Aero” MMC-yə məxsus olub. Təyyarə Moskva Şeremetyevo Beynəlxalq Hava Limanından havaya qalxaraq Sankt-Peterburqa gedirdi. – Təyyarədə yeddi sərnişin və üç ekipaj üzvü olub. İndiyədək qəza yerində 8 cəsəd tapılıb. – Təyyarənin sərnişin siyahısında rusiyalı iş adamı, “Wagner Group PMC” şirkətinin təsisçisi Yevgeni Priqojinin adı qeyd olunub. Onun təyyarədə olub-olmadığı hələlik məlum deyil. – Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və fövqəladə hallar xidməti gəlib. – Rusiya hakimiyyəti qəza ilə bağlı araşdırmalara başlayıb. – Təhqiqata şəxsən Tver qubernatoru İqor Rudenya nəzarət edir.//Azpost.info


