Region

“Priqojinin təyyarəsi HHM sistemləri tərəfindən vurulub” — "Vaqner" rəhbərinin "sağ əli" də həlak olub

“Priqojinin təyyarəsi HHM sistemləri tərəfindən vurulub” — Vaqner rəhbərinin sağ əli də həlak olub

“Priqojinin təyyarəsi Boloqovski rayonunda hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”.

Demokrat.az xəbər verir ki, bunu “Vaqner”ə yaxın “Grey Zone” Teleqram kanalı yazıb.

“Bunu videolardan birində səmada əks-səda izləri və birbaşa şahidlər təsdiqləyir”, – kanal bildirir.

“Fontanka”ya danışan mənbənin sözlərinə görə, yaxın ətrafı Priqojinlə əlaqə yarada bilmir.

“VÇK-OQPU” Teleqram kanalının məlumatına görə, təyyarədə Priqojinin sağ əli olan “Vaqner”in həmtəsisçisi Dmitri Utkin də olub.

“Qəzadan əvvəl iki partlayış baş verib. Təyyarənin qanadı və stabilizatoru Kujenkino stansiyasında, gövdəsi isə Kujenkino kəndinə düşüb”, – məlumatda deyilir.

Hadisə yerindən çəkilmiş videoda hətta təyyarə qəzaya uğramazdan əvvəl onun ətrafında tüstünün olduğu görünür. Qəzanın şahidi olan qadın da qəzadan əvvəl iki partlayış səsi eşitdiyini bildirib.

“Flightradar” xidmətinin məlumatına görə, Priqojinin ikinci Embraer ERJ-135BJ Legacy 650 RA-02748 nömrəli təyyarəsi qəzaya qədər 1-ci təyyarənin ardınca uçurmuş. Hadisədən sonra o, geri dönərək Moskva istiqamətinə uçub.//Azpost.info

D
demokrat.az