Gündəm Özəl

"Laçın yolundan yükləri keçirə bilməyən ermənilər indi də..." — Politoloq

Laçın yolundan yükləri keçirə bilməyən ermənilər indi də... — Politoloq

"Paşinyan özü də gözəl bilir ki, transsərhəd ərazilərdəki hava limanlarının fəaliyyəti qonşu dövlətlərlə mütləq şəkildə tənzimlənməlidir. Əks halda bu, Azərbaycanın suveren ərazisinin və hava məkanının qanunsuz şəkildə pozulması kimi qəbul olunacaq".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Amid Əliyev Ermənistanın Qafan hava limanı planının pərdəarxası məqamlarını şərh edərkən deyib.

O qeyd edib ki, hazırkı vəziyyətdə Baş nazir Paşinyan tərəfindən Qafan hava limanının açılması və işə düşməsilə bağlı anonsların verilməsi bir neçə məqsədə xidmət edir:

Laçın yolundan yükləri keçirə bilməyən ermənilər indi də... — Politoloq
"Birincisi, Paşinyan bu bəyanatları verməklə ölkə daxilində özünə xal toplamağa çalışır. Belə ki, son zamanlar aparılmış sorğular da Paşinyanın nüfuzunun zəiflədiyini göstərir. Qarşıdan İrəvan şəhərində mer seçkiləri gəlir və Paşinyan bu seçkilərdə uduzmaq istəmir. Bu seçkiləri uduzmaq Paşinyan və onun siyasi hakimiyyəti üçün ağır nəticələrə səbəb ola bilər. Buna görə də Paşinyan belə populist çıxışlar edir".

A.Əliyev bildirib ki, Paşinyan bununla ölkədəki xaosu yatırmaq və özü üçün siyasi dividentlər əldə etmək istəyir:

"İkincisi, BMT TŞ-dakı məğlubiyyət və son zamanlar "humanitar fəlakət" şousu altında Qarabağa yük daxil etməyə çalışan Ermənistan siyasi hakimiyyətinin uğursuzluğu erməni cəmiyyətində əməlli-başlı xaos yaradıb. Bu xaosu yatırmaq və özü üçün siyasi dividentlər əldə etmək üçün Paşinyan göstərmək istəyir ki, sanki Qafan hava limanı vasitəsilə bölgəyə humanitar yüklərin daşınması istiqamətində alternativ kimi çıxış edə bilər. Lakin Paşinyan da özü gözəl bilir ki, transsərhəd ərazilərdəki hava limanlarının fəaliyyəti qonşu dövlətlərlə mütləq şəkildə tənzimlənməlidir. Əks halda bu, Azərbaycanın suveren ərazisinin və hava məkanının qanunsuz şəkildə pozulması kimi qəbul olunacaq".

Siyasi şərhçi əlavə edib ki, Paşinyan nümayişkəranə şəkildə Qafan hava limanına enməsini reklam edirsə, yaddan çıxarmamalıdır ki, bu, Azərbaycan tərəfinin rəsmi razılığından sonra mümkün olub:

Laçın yolundan yükləri keçirə bilməyən ermənilər indi də... — Politoloq
"Qafan hava limanı haqqında bəyanat ermənilərin "humanitar fəlakət" şousunun davamı kimi qəbul edilməlidir. Laçın yolundan yükləri keçirə bilməyən ermənilər indi də hava məkanı vasitəsilə Qarabağ ərazisinə daxil olmağa ümid bəsləyirlər. Hesab edirlər ki, hava limanı bu məsələdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə oluna bilər".

Son olaraq analitik vurğulayıb ki, beynəlxalq mülki uçuşları tənzimləyən IATA-nın nizamnaməsinə və beynəlxalq konvensiyalara görə , Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, ikitərəli münasibətlər normallaşmalı və məhz bundan sonra bu qisim məsələlər müzakirə olunaraq hüquqi sənəd çərçivəsində razılıq əldə edilməlidir:

Laçın yolundan yükləri keçirə bilməyən ermənilər indi də... — Politoloq
"Əks halda Azərbaycan öz hava məkanının pozulması hallarına göz yummayacaq. Əraziyə yüklərin daşınmasında isə Azərbaycan tərəfindən təklif olunan variantların qəbul edilməsindən başqa yol yoxdur. Ermənistan siyasi hakimiyyəti, erməni cəmiyyəti və lobbisi bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova