Hərbi

Ermənilərin qanunsuz fortifikasiya qurğuları quraşdırması cəhdlərinin qarşısı alındı

Ermənilərin qanunsuz fortifikasiya qurğuları quraşdırması cəhdlərinin qarşısı alındı

Avqustun 22-si saat 06:15-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

D
demokrat.az