Vətən müharibəsində şəhid olan Musa Məhəmmədovun ailəsindən sevindirici xəbər var.
Oxu.Azxəbər verir ki, Quba rayonunun Zərdabi qəsəbəsindən olan Vətən Müharibəsi şəhidiMusa Bəhram oğlu Məhəmmədovun valideynləri Bəhram və Rübabə Məhəmmədovların ailəsində Musa və Alisa adlı əkizlər dünyaya gəlib.





Qeyd edək ki,Musa Məhəmmədov2020-ci iloktyabrın 2-dəGoranboy rayonu Buzluq kəndi yaşayış məntəqəsi istiqamətində, düşmənlə təmas xəttində hərbi əməliyyatlar zamanı şəhid olub.
O,Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevinsərəncamına əsasən“Kəlbəcərin azad olunmasına görə”medalı ilə təltif edilib.



