Dünya

Simonyanın evinin yanına PUA düşdü

Simonyanın evinin yanına PUA düşdü

Moskvaya hücum edən PUA-lardan biri “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyanın yaşadığı İstrinsk rayonu ərazisinə düşüb.

Bu barədə Simonyan özünün Teleqram kanalında məlumat yayıb.

“İstrinsk rayonunda vurulan PUA-lardan biri bizim qonşu küçəyə düşdü. Tələfat və dağıntı olmadığı üçün hüva hücumundan müdafiə qüvvələrimizə təşəkkür edirəm”, - Simonyan bildirib.(axar.az)

NE
Nihadə Eyyubova