Hadisə

Gəncədə avtomobil aşdı: Ölən var

Gəncədə avtomobil aşdı: Ölən var

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Demokrat.az bildirir ki, Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü R.Cəfərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az