Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Zəlzələnin maqnitudası 4,2 olaraq müəyyən edilib.
Bildirilib ki, zəlzələ səhər yerli saatla 10.05-də 22.17 kilometr dərinlikdə qeydə alınıb.//Qafqazinfo


