Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 9 avqust saat 22:00-dan 20 avqust saat 06:00-dək və 20 avqust saat 22:00-dan 21 avqust saat 06:00-dək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidindən Lökbatan dairəsinədək olan hissəsində (hər iki istiqamətdə) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərini həyata keçirəcək.
Bu barədə Demokrat.az-a Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, işlərin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edib.


