Kriminal Özəl

Şəmkirdə 33 yaşlı kişi arvadını öldürməyə cəhd etdi — TƏFƏRRÜAT

Şəmkirdə 33 yaşlı kişi arvadını öldürməyə cəhd etdi — TƏFƏRRÜAT

Şəmkir rayonunda arvadını öldürməyə cəhd etməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 28-nə təyin edilib.

Qeyd edək ki, Şəmkir rayon polis şöbəsinə rayon sakini, 1996-cı il təvəllüdlü Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova