Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda yollarda mövcud durum barədə məlumat açıqlayıb.
NİİM-dən verilən məlumata görə, hal-hazırda bu yollarda sıxlıq müşahidə olunur.
1. Ziya Bünyadov prospekti, hər iki istiqamətdə; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində; 4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 6. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.


