Dünya

Kannda mükafat alan məşhur rejissor həbs edildi

Kannda mükafat alan məşhur rejissor həbs edildi

İranda “Leylanın qardaşları” filminin ssenari müəllifi və rejissoru Səid Rüstəyi 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki,rejissor 5 il filmlərdə işləyə də bilməyəcək.

Həbsinin səbəbi kimi filminin rəsmi icazə olmadan Kann Film Festivalına göndərilməsi və rejim əleyhinə təbliğat aparması göstərilir.

Qeyd edək ki, film 2022-ci ildə 75-ci Kann Film Festivalında mükafata layiq görülüb.

NE
Nihadə Eyyubova