Gündəm Özəl

"Tanınmışların çoxu yol hərəkəti qaydalarını pozur, sonra da..." — AÇIQLAMA

Tanınmışların çoxu yol hərəkəti qaydalarını pozur, sonra da... — AÇIQLAMA

Xəbər verdiyimiz kimi “Nikosayağı” ləqəbilə tanınan bloger Nicat Şakirli Heydər Əliyev prospektində qəza törədib.

Onun idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb. 29 yaşlı N.Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da yoldan keçən avtomobil vurub, o, ayağından xəsarət alıb.

Nəqliyyat eksperti Elməddin Muradlı qəzanın səbəbləri barədə Demokrat.az-a danışıb:

“Dəfələrlə bloger Nicatın qayda pozuntuları barədə xəbərdarlıq etdik, tənqid etdik. Dövlət Yol Polisi cərimələdi. Yenə xeyri olmadı. Bu da bəxdbəxt sonluq...”

Ekspert bildirib ki, qəzanın günahkarı sürücü özüdür:

Tanınmışların çoxu yol hərəkəti qaydalarını pozur, sonra da... — AÇIQLAMA

“Yüksək sürət və sərt manevr faciəyə səbəb oldu. Aşağı sürətlə qəzadan yayına bilərdi və ya manevr etmədən əyləcə bassaydı, qarşıdakı maşınla toqquşardı və daha yüngül xəsarətlə qurtulmaq olardı. Təcrübəsizlik edib, sağdan ötməyə çalışıb”.

E.Muradlı tanınmışların yol hərəkəti qaydalarını pozmasını tənqid edib:

“Maşın sürə-sürə sosial şəbəkədə canlı açırlar, fikirləri yolda olmur. Ani bir diqqətsizlik belə qəzaya şərait yarada bilər. Tanınmış adamların çoxu yol hərəkəti qaydalarını pozur, sürət həddinə fikir vermirlər. Polislər də saxlayanda hörmət edirlər”.

Ekspert onu da bildirib ki, yüksək sürətli magistral yollarda yük avtomobillərinin hərəkəti problemlər yaradır:

“Gecə vaxtı yük maşınlarının hərəkəti ağır qəzalara səbəb olur. Sürücülərsə ötmə manevrləri zamanı qaydalara riayət etmir, dönmə siqnallarından istifadə etmir, təhükəsizlik kəmərini taxmırlar”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova