Gündəm Özəl

“Təhlükəsizlik Şurasından nəsə gözləmək əbəsdir” — Keçmiş nazirdən PROQNOZ

“Təhlükəsizlik Şurasından nəsə gözləmək əbəsdir” — Keçmiş nazirdən PROQNOZ

Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti əsasında Laçın yolu ətrafındakı vəziyyət müzakirə ediləcək.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında baş tutacaq müzakirədə Azərbaycanın əlində əsaslı arqument var – humanitar yüklərin daşınması üçün Ağdam – Xankəndi yolunun açıq olması.

O, Demokrat.az-a açıqlamasında bildirib ki, ermənilərin bu cəhdi mənasızdır:

“Təhlükəsizlik Şurasından nəsə gözləmək əbəsdir” — Keçmiş nazirdən PROQNOZ

“Fikrimcə, BMT Təhlükəsizlik Şurası müzakirələrdən sonra sadəcə olaraq hər iki yoldan istifadə etməyi tövsiyə edəcək. Ermənistanın 2020-ci il tarixli Üçtərəfli Bəyanata istinad edən “azad və maneəsiz giriş” arqumenti isə çox zəifdir. Unutmayaq ki, bu sənəddə Laçın yolu ilə bağlı “sərbəst və maneəsiz giriş” öhdəliyi yoxdur. Orada maneəsiz əlaqə imkanı yaratmaq öhdəliyi yalnız Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən Zəngəzur dəhlizi ilə bağlı nəzərdə tutulub”.

T.Zülfüqarov hesab edir ki, BMT Təhlükəsizlik Şurasından hər iki tərəfin mövqeyini əks etdirən bəyanatdan başqa bir şey gözləmək əbəsdir:

“Rusiya Qərblə razılığa gələ bilməz, Fransa da Britaniya və Birləşmiş Ştatlar vasitəsilə müvəqqəti platforma çərçivəsində Rusiya ilə əməkdaşlıq mexanizmi yarada bilməyəcək. Putinin Türkiyəyə səfəri ərəfəsində Moskvanın kəskin anti -Türkiyə mövqeyindən çıxış etməsinəsə ehtiyac yoxdur”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova