Dünya Özəl

Ən böyük əyləncə parkında qəza: 7 yaralı

Ən böyük əyləncə parkında qəza: 7 yaralı

Almaniyanın ən böyük əyləncə parkı Europarkda dalğıc şousu zamanı səhnənin və hovuzun uçması nəticəsində 7 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Baden-Vürtemberq əyalətinin Rust şəhərində baş verib.

5-i şou iştirakçısı və 2-si turist olmaqla, ümumilikdə 7 nəfər yaralanıb.

Qəzanın səbəbi hələlik məlum olmasa da əyləncə mərkəzinin sabah yenidən ziyarətçilərin üzünə açılacağı bildirilib.

Xatırladaq ki, Europarkda keçən il 25 min insan yanğın səbəbi ilə təxliyə edilimişdi.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova