Gündəm Özəl

"Abituriyentlərin ixtisas seçimində kənar müdaxilə olmalıdır" — AÇIQLAMA

Abituriyentlərin ixtisas seçimində kənar müdaxilə olmalıdır — AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimilə bağlı valideynlərə müraciət edib. O qeyd edib ki, ixtisas seçimində kənar müdaxilə mənfi nəticələnə bilər.

Abituriyentləri maraqlandıran mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələdə mütləq onlara kömək etmək lazımdır:

“Abituriyentlərin yaş dövrünü nəzərə alsaq, düşünürəm ki, onlara verəcəkləri qərarlarda mütləq tövsiyə, məsləhət lazımdır. Onlar reallığı görməyə, yanlış qərar verə bilərlər, ixtisas seçimində də həmçinin. Onların bu məqamdakı istəkləri nəticələrinə və ya real şəraitə uyğun gəlməyə bilər. Buna görə də əslində kənar müdaxilə olmalıdır. Lakin ixtisas seçimində köməyi bu işdə təcrübəsi, anlayışı olan şəxs etməlidir”.

Abituriyentlərin ixtisas seçimində kənar müdaxilə olmalıdır — AÇIQLAMA

Ekspert deyib ki, ixtisas seçimi son dərəcə önəmli prosesdir:

“Bununçün bölgələr üzrə abituriyent məsləhət mərkəzləri yaradılıb, lakin abituriyentləri onların seçimləri qane etmir, başqa mütəxəssislərə müraciət edirlər. Bu məsələdə tanınmış, təcrübəli şəxslərə müraciət edilsə, yaxşı olar. Seçim düzgün aparılmasa, hətta yüksək balla da kənarda qalmaq olar”.

C.İmanlı ixtisas seçimində diqqət edilməli olan məqamlara toxunub.

“Bəzən kodlaşdırmada sadəcə keçən ilin balı nəzərə alınır, bu, düzgün deyil. Düzgün seçim etmək üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarına nəzər salmaq lazımdır. Əgər kimsə tələbə olmaq istəyən abituriyentə ixtisas seçimində köməklik edirsə, bu zaman abituriyent özü və valideyni mütləq prosesdə iştirak etməlidir. Qərar birgə qəbul edilməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova