Dünya Özəl

Ekvadorda 3 günlük matəm elan edildi

Ekvadorda 3 günlük matəm elan edildi

Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensionun silahlı hücum nəticəsində həlak olması ilə bağlı üç günlük milli matəm elan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Ekvador prezidenti Guillermo Lasso açıqlama verib.

O bildirib ki, bu cinayət cəzasız qalmayacaq:

"Sui-qəsdin arxasında mütəşəkkil cinayət dəstələri dayanır. Cinayətkar dəstələr həddindən artıq irəli gediblər. Amma qanunun bütün ağırlığı onların üzərində olacaq".

Prezident həmçinin üç günlük milli matəm elan edildiyini bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova