Kriminal Özəl

Həbsdə olan sabiq icra başçısından XƏBƏR VAR

Həbsdə olan sabiq icra başçısından XƏBƏR VAR

Vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiya cinayətlərində ittiham olunaraq həbs edilən Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin kasasiya şikayəti araşdırılması üçün hakim icraatına verilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, iş araşdırılması üçün hakim Ələsgər Novruzovun icrtaatına götürülüb.

Məhkəmənin baxış iclasının vaxtı məlum olmayıb.

Qeyd edək ki, Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib. İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub.

Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az