Gündəm Özəl

Aslan İsmayılov Elmar Hüseynovun ailəsinin illər sonra Azərbaycana qayıtmasından DANIŞDI

Aslan İsmayılov Elmar Hüseynovun ailəsinin illər sonra Azərbaycana qayıtmasından DANIŞDI

Tanınmış hüquqşünas Aslan İsmayılov bu gün mərhum jurnalist Elmar Hüseynovun oğlu ilə onun qəbirini ziyarət edib.

Məsələ ilə bağlıDemokrat.azAslan İsmayılovla əlaqə saxlayıb.

Hüquqşünas suallarımıza cavabında Elmar Hüseynovun ailəsinin illər sonra Azərbaycana qayıtması barədə danışıb:

“Təşəbbüskarın kim olduğu önəmli deyil. Əsas odur ki, 17 il sonra mərhum jurnalistin ailəsi doğma Vətənə səfər etdi. Onların Şuşaya səfərinin təşkilatçısı Diasporla İş üzrə Dövlət Komitəsi olub. Ən önəmlisi isə odur ki, Elmar Hüseynovun oğlu illər sonra atasının qəbirini ziyarət etdi”.

Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib. Onun ailəsi hadisədən sonra Norveçə köçərək orada yaşayır.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az