Rus alimləri dünyanın ən soyuq yeri olan Antarktidada qarpız yetişdirməyə nail olublar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı alimlər 2020-ci ilin fevralında başladıqları layihə çərçivəsində Antarktidadakı Vostok stansiyasında qarpız yetişdiriblər.
Alimlər qarpız yetişdirmək üçün 103 gün vaxt sərf ediblər. Stansiyada yaradılan xüsusi istixanada havanın temperaturu və rütubəti kimi şəraitin təmin edildiyi bildirilib və rus alimlər 8 ədəd qarpız yetişdiriblər. 


