Türkiyədə pişiyi öldüyünə görə əsəbləşən qadın 4 dostu ilə birlikdə baytara hücum edib.
Demokrat.az xəbər verir ki, hadisə paytaxt Ankarada baş verib.
Belə ki, infeksiyadan müalicə alan heyvan anidən ölüb.
Pişiyi baytarın öldürdüyünü iddia edən qadınlar isə klinikaya hücum çəkib.
Nəticədə baytar yaralanıb, qadınlar isə polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, hücumçu qadınlar polisə izahat verdikdən sonra sərbəst buraxılıb.
Aysu Demokrat.az


