Dünya Özəl

Kanadanın baş naziri həyat yoldaşından ayrıldı

Kanadanın baş naziri həyat yoldaşından ayrıldı

Kanadanın baş naziri Castin Trüdo 18 illik həyat yoldaşı Sofi Qrequar Trüdo ilə ayrılıb.

Demokrat.az xəbər verir ki, nazir, bu barədə öz "instagram" hesabında açıqlama verib.

O bildirib ki, boşanmağa həyat yoldaşı Sofi ilə birgə qərar verib:

"Uzun müddət davam edən danışıqlardan sonra münasibətimizi sonlandırmağa qərar verdik. Həmişə olduğu kimi, bir-birimizə və birlikdə qurduğumuz hər şeyə dərin sevgi və hörmətlə yanaşan ailə olaraq qalacağıq. Hər kəsdən şəxsi həyatımıza və uşaqlarımıza hörmət etməsini xahiş edirik".

Xatırladaq ki, cütlük 2005-ci ildə Monrealda evlənib və onların üç övladı var.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova