Region Özəl

Rusiya donanması Baltik dənizində təlimlərə başladı

Rusiya donanması Baltik dənizində təlimlərə başladı

Rusiya donanması Baltik dənizində “Okean Qalxanı-2023” adlı təlimlərə başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, təlimdə 30-dan çox döyüş və 20 dəstək gəmisi, həmçinin 30 təyyarədən istifadə edilib.

Eyni zamanda təlimdə 6 mindən çox əsgər iştirak edib.

Təlim zamanı Hərbi Dəniz Qüvvələrinin Rusiyanın milli maraqlarını müdafiə etməyə hazır olub-olmaması qiymətləndiriləcək.

Təlimin nə zaman başa çatacağı barədə məlumat verilməyib.

Aysu Demokrat.az

D
demokrat.az