Belarusun müdafiə naziri Viktor Hrenin Tehranda İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Bakiri ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkənin silahlı qüvvələri arasında çoxşaxəli əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda Tehran və Minsk arasında hərbi əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması barədə razılıq əldə olunub.
Aysu Demokrat.az


