YUNESKO Venesiyanın kütləvi turizm və iqlim dəyişikliyinin təsirlərinə görə "təhlükə altında olan irs" siyahısına salınmasını təklif edib.
Demokrat.az xəbər verir ki, qeyd olunan təklif gələn ay müzakirəyə çıxarılacaq.
YUNESKO-nun müzakirədən əvvəl hazırladığı hesabatda şəhərin insan müdaxiləsi, iqlim dəyişikliyi və kütləvi turizmin təsiri nəticəsində pisləşmənin davam etdiyi bildirilib.
Eyni zamanda bu pisləşmənin şəhərin gələcəyi üçün təhlükə yaratdığı vurğulanıb.
Qurum şəhərdə baş verən mənfiliklərlə bağlı görülən tədbirlərin kifayət qədər olmadığını vurğulayıb və İtaliya hakimiyyətini tənqid edib.
Aysu Demokrat.az


