Danimarka son həftələrdə baş verən və müsəlmanların geniş etirazına səbəb olan Quranın yandırılmasını qadağan etməyi planlaşdırır.
Demokrat.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, mədəniyyətləri və dinləri təhqir edən hərəkətlər Danimarka üçün ciddi diplomatik problemlər yarada bilər:
"Bu təcavüzkar hərəkətlər bir neçə nəfər tərəfindən həyata keçirilir və Danimarka cəmiyyətinin dəyərlərini təmsil etmir. Hökumət bu kimi halların qarşısını almaq üçün yollar axtarır. Quranın yandırılması və buna bənzər aksiyalar qadağan edilə bilər".
Aysu Demokrat.az


