Xəbər verildiyi kimi SOCAR-a yeni vitse-prezidentlər təyin edilib.
Prezidentin sərəncamı ilə Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin olunublar.
SOCAR-ın yeni vitse-prezidentlərinin dosyelərini təqdim edirik:
Arzu Cavadova 
1996-cı ildə ARDNŞ-nin Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən ARDNŞ-nin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışıb. 1999-cu ildən 2007-ci ilədək ABŞ-nın Frontera Resourses şirkətində baş geoloq, Salyan OYL Şirkətində işlənmə üzrə geoloq, Delta Hess (ACG) Ltd. şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində işləyib.
2007-ci ildən BP şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis və baş geoloq, 2019-cu ildən son təyinatına qədər geoloq vəzifəsində çalışıb.
2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Arzu Cavadova “Tərəqqi” medalı ilə təltif olunub. Arzu Cavadova geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.
İsmayıl Zərgərli 
İsmayıl Zərgərli OMNİ şirkətində partnyor kimi çalışıb. O, «Ledingham Chalmers» şirkətinin Baki ofisində hüquqşünas vəzifəsində, ondan əvvəl isə «Dr. Shirin O. Entezari & Associates» şirkətinin Baki ofisində calışıb.
İsmayıl Zərgərli Azərbaycanda əsas boru kəmərlərinin tikintisi layihələri və özəlləşdirmə məsələləri üzrə məsləhətlərin verilməsində də fəal iştirak edib.
O, bir sıra məsələlərdə daşınmaz əmlakın alqı-satqısı və icarəsi, yaşayış, həmçinin kommersiya və sənaye məqsədləri üçün tikililər ilə bağlı bir çox hallarda məsləhət xidmətləri göstərib. O, beynəlxalq hüquq üzrə ali təhsilə malikdir və əmək qanunvericiliyinə, həmçinin Azərbaycanda və Gürcüstanda işgüzar fəaliyyətin aparılmasına dair elmi məqalələrin müəllifidir.
Ziba Mustafayeva

Babək Hüseynov

Əfqan İsayev

SOCAR-ın vitse-prezidenti təyin olunana qədər isə Əfqan İsayev “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru kimi fəaliyyət göstərib.
Anar Məmmədov

İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib. 2015-ci ildə "Magistral tranzit neft və boru kəmərlərinin texniki və iqtisadi istismarı" mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edib. Bir sıra xarici şirkətlərdə müxtəlif yüksək vəzifələrdə işləyib. 2009-2014-cü illərdə "SOCAR Georgia Gaz" şirkətinin baş direktoru olub.
SOCAR-a yeni təyin olunan Fuad Bəkir oğlu Musayev barəsində isə hər hansı məlumat əldə etmək mümkün olmadı. (bizim.media)


