Sosial

"Salehoglu-R" karxanası cərimələndi

Salehoglu-R karxanası cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonunun Zümürxan kəndi yaxınlığındakı çay yatagından qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının ərazidə fəaliyyət göstərən "Salehoglu-R" karxanası tərəfindən daşındığı məlum olub:

“Faktla bağlı karxananın iş icraçısı Rahib Əhmədov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb”.

Demokrat.az

D
demokrat.az