Hadisə

Bakıda 79 yaşlı qadın eyvandan yıxılaraq ÖLDÜ

Bakıda 79 yaşlı qadın eyvandan yıxılaraq ÖLDÜ

Bakıda 79 yaşlı qadın eyvandan yıxılaraq ölüb.

"Report"un xəbərinə görə, hadisə Bakı şəhəri Yasamal rayonu S.Tağızadə küçəsi ev 76 mənzil 4 ünvanında baş verib.

Həmin ünvanda tək yaşayan 1944-cü il təvəllüdlü Məmmədli Ellaida Mirəsgər qızı 2-ci mərtəbənin eyvanının pəncərəsindən yıxılaraq xəsarət alıb.

O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orada vəfat edib.

Faktla bağlı Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

D
demokrat.az