Dünya Özəl

Rusiya bu ölkənin 684 milyon dollar borcunu sildi

Rusiya bu ölkənin 684 milyon dollar borcunu sildi

Rusiya razılaşma yolu ilə Somali hökumətinin 684 milyon dollar borcunu silib.

Demokrat.az xəbər verir ki, bu barədə Somalinin maliyyə naziri Bihi İman Cige mətbuata açıqlama verib.

O bildirib ki, Rusiya maliyyə nazirinin müavini Timur İqoreviç Maksimov ilə ölkəsinin Rusiyaya olan 684 milyon dollar borcunun silinməsinə üçün saziş imzalayıb:

"Bu gün, ölkəmiz üçün tarixi bir gündür. Borcların bağışlanması gələcəyə diqqəti yönəltməyə və xalqımız üçün daha yaxşı bir gələcək qurmağa imkan verəcək. Bu sazişlə Rusiya ilə Somali arasında əlaqələr daha da yaxşılaşacaq.

Eyni zamanda iqtisadi əlaqələrimiz dərinləşəcək".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova