Hadisə Özəl

Hərbi təyyarə qəzaya uğradı — Ölənlər var...

Hərbi təyyarə qəzaya uğradı — Ölənlər var...

Səudiyyə Ərəbistanında döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər pilot həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "SPA" rəsmi xəbər agentliyi məlumat yayıb.

Hərbi Hava Qüvvələrinə məxsus F-15 tipli ölkənin döyüş təyyarəsi Xamis Muşayt şəhərində uçuş zamanı qəza keçirib.

Qəzada təyyarədəki iki hərbi pilot həyatını itirib.

Qəzanın səbəbləri araşdırılır.

Aysu Demokrat.az

D
demokrat.az