Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev Şimali Avropanın bəzi ölkələrində müqəddəs Quranın yandırılmasına reaksiya verib.
Demokrat.az xəbər verir ki, o, bu barədə "Tvitter" hesabında paylaşım edib.
Prezident bildirib ki, Şimali Avropanın bəzi ölkələrində Quran yandırılması gərginliyi artırmaq, xalqlar və dövlətlər arasında etimadı sarsıtmaq məqsədi daşıyır:
"Qurana qarşı edilən hücumları təxribat xarakteri daşıyır. Quran yandırmaq qəbuledilməzdir.
Bu cür hücumların qınanması vacibdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası da bu mövzuda mövqeyini ortaya qoymalıdır".
Aysu Demokrat.az


