Qarabağ

İşğaldan azad edilən Ağalıda ağacları kəsən şirkət cərimələndi

İşğaldan azad edilən Ağalıda ağacları kəsən şirkət cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zəngilan rayonunun Ağalı kəndi ərazisində fəaliyyət göstərən “Northwest” MMC tərəfindən tikinti işləri aparılarkən ağacların kəsildiyi müəyyən edilib.

Bu barədə Demokrat.az-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, faktla bağlı “Northwest” MMC-nin səlahiyyətli nümayəndəsi Firdovsi Abbasov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Demokrat.az

NE
Nihadə Eyyubova