Hadisə Özəl

Məktəbdəki idman zalının damı uçdu — 11 nəfər öldü

Məktəbdəki idman zalının damı uçdu — 11 nəfər öldü

Çində məktəbin idman zalının damı uçub. Nəticədə 11 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Demokrat.az xəbər verir ki, hadisə Heilongjiang əyalətinin Qiqihar şəhərindəki 34 nömrəli orta məktəbdə baş verib.

Hadisə zamanı idman zalında olan 19 nəfərdən 15-i dağıntılar altında qalıb.

Xilasetmə qrupları tərəfindən dağıntılar altında qalanların hamısı çıxarılıb.

Daha sonra 11 nəfərin həyatını itirdiyi, 4 nəfərin yaralandığı öyrənilib.

İlkin araşdırmalara görə, idman zalına bitişik kompleksin tikintisi üçün idman zalının damına yığılan material yağış səbəbindən ağırlaşıb və dam örtüyü uçub.

Tikintini öhdəsinə götürən şirkət rəsmiləri saxlanılıb və hadisə ilə bağlı araşdırmalar davam edir.

Aysu Demokrat.az

D
demokrat.az