Siyasət Özəl

Rusiya sülhməramlıları soydaşlarımızın Qərbi Zəngəzura təhlükəsiz qayıdışına niyə maraq göstərmir? — AÇIQLAMA

Rusiya sülhməramlıları soydaşlarımızın Qərbi Zəngəzura təhlükəsiz qayıdışına niyə maraq göstərmir? — AÇIQLAMA

Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti Xankəndidəki ermənilərin rahat yaşayışını, təhlükəsizliyin təmin edir, sərbəst gediş-gəlişlərinə nəzarət edir. Hətta, dəfələrlə qanunsuz erməni separatçılarına dəstək məqsədilə hərbi təminat vasitələrinin onlara çatdırılmasında vasitəçilik ediblər. Bunu bir növ ermənilərə himayədarlıq da adlandıra bilərik.

Belə olan halda mühüm bir sual yaranır – Qarabağ ermənilərinin komfortu üçün canfəşanlıq edən ruslar Qərbi Zəngəzura da soydaşlarımızın qayıdışını təmin etmək məqsədilə niyə hərəkətə keçmirlər?

Sülhməramlılar Qərbi Zəngəzurda nə zaman fəaliyyətə başlayacaq?

Azərbaycan tərəfi Rusiya qarşısında belə bir tələblə çıxış edərsə, Kreml bizim bu tələbimizi nə dərəcədə yerinə yetirəcək?

Rusiya sülhməramlıları soydaşlarımızın Qərbi Zəngəzura təhlükəsiz qayıdışına niyə maraq göstərmir? — AÇIQLAMA

Məsələ ilə bağlı sabiq xarici işlər naziri politoloq Tofiq Zülfüqarov Demokrat.az-a açıqlamasında bildirib ki, Xankəndidə Azərbaycana qarşı çıxış edən erməni məmurlar Ermənistan dövləti tərəfindən maliyyələşdirilən şəxslərdir:

“Hələ də orada fəaliyyət göstərmələrinin səbəbi Rusiya sülhməramlılarının öz vəzifələrini lazımınca yerinə yetirməməsi və ermənilərin özbaşınalığına göz yummasıdır”.

O qeyd edib ki, Azərbaycan tərəfi bu özbaşınalığı sərt şəkildə qınamalıdır.

Sülhməramlıların Qərbi Zəngəzurda fəaliyyət göstərməsi məsələsinə toxunan T.Zülfüqarov qeyd edib ki, onların mandatı 10 noyabr üçtərəfli bəyanatının maddələrinə əsaslanır:

“Həmin bəyannamədə onların Ermənistan ərazisində hər hansı fəaliyyət göstərməsi təsbit olunmayıb, bu, mümkün deyil. Belə bir missiya artıq var. Ermənistanın Qərbi Zəngəzur bölgəsində Avropa İttifaqı missiyası fəaliyyət göstərir.

Hesab edirəm ki, Azərbaycan soydaşlarımızın Qərbi Zəngəzurda Vətənə qayıdışı məsələsində Avropa İttifaqı missiyasına müraciət edə vilər.

Qərbi Azərbaycan İcması bununla bağlı Avropa İttifaqı missiyasına müraciət edib. Bu missiya öz fəaliyyətini elə qurmalıdır ki, azərbaycanlıların pozulmuş hüquqları bərpa edilsin. Fikrimcə, bu baş verəcək”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az