Türkiyə hökuməti Yunanıstanda davam edən meşə yanğınları ilə mübarizə üçün yardım göndərəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkıyə 2 yanğınsöndürmə təyyarəsi və 1 yanğınsöndürmə helikopteri göndəriləcək.
Meşə yanğınlarına qarşı təsirli manevr qabiliyyətinə malik təyyarələr və helikopter yanğın ərazisində istifadə olunacaq.
Aysu Demokrat az


