Hindistanın Maharaştra əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 22 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Məlumata əsasən, Hindistanın qərbindəki Maharaştra əyalətində güclü yağışlar təsirli olub.
Yağışlar nəticəsində baş verən sürüşmədə 22 nəfər həyatını itirib.
Rayondakı 50 evdən 17-si torpaq altında qalıb, eyni zamanda, ağaclar aşıb, bir çox yer palçıq altında qalıb.
Aysu


