Qarabağ Özəl

“Pezidentin Xocalıya səfəri bu torpaqların əsl sahibinin kim olduğunu ermənilərə xatırlatdı”

“Pezidentin Xocalıya səfəri bu torpaqların əsl sahibinin kim olduğunu ermənilərə xatırlatdı”

“Prezident İlham Əliyevin Xocalının kəndlərinə səfər etməsi siyasi mesajdır. Bu mesaj həm Ermənistana, həm Qarabağda mövcud olan quldur separatçı rejimin başçılarına, həm də onları dəstəkləyən Rusiya, onun hərbi kontingentinə bir siqnaldır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Prezident İlham Əliyevin Xocalıya səfəri barədə danışan politoloq Natiq Miri bildirib.

O qeyd edib ki, bu səfər həm də nəzarətimiz altında olmayan ərazilərə tezliklə qayıdacağımızı bəyan edən bir mesajdır:

“Pezidentin Xocalıya səfəri bu torpaqların əsl sahibinin kim olduğunu ermənilərə xatırlatdı”

“Bu, o deməkdir ki, Xocalının bu gün bir hissəsində biz varıqsa və bura qədərki əraziləri azad edə bilmişiksə, qalan torpaqlarımızı da azad etmək bizimçün problem deyil.

İkinci mesaj bu torpaqların əsl sahibinin kimlər olduğunu yada salmaqdır. Son zamanlar Rusiya XİN səviyyəsində Azərbaycana qarşı bəyanatlar verilir. Rus sülhməramlıları həddini aşır. Separatçılar da onlara arxayındır.

Mənə elə gəlir ki, zamanında edilmiş bu səfər qəflətdə olanları ayıldacaq. Eyni zamanda bu, bir hazırlıqdır. Qarabağın bütün ərazilərinə nəzarət edəcəyimiz gün uzaqda deyil. Hər kəs Prezidentin son səfərindən nəticə çıxarmalıdır. Yaxın zamanda biz real addımların atıldığını görəcəyik, zənnimcə”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az