Dünya Özəl

İsveçrədə meşə yanğınları davam edir

İsveçrədə meşə yanğınları davam edir

İsveçrənin Valais ərazisində iyulun 17-də başlayan meşə yanğını ilə bağlı söndürmə işləri bu gün də davam etdirilib.

Demokrat.az xarici KİV-lərə istinadla xəbər verir ki, rəsmilər Valaisdə yanğınla bağlı vəziyyətin stabil olduğunu bildiriblər.

Eyni zamanda, küləyin təsiri ilə alovların daha da arta biləcəyi vurğulanıb.

Yanğının tamamilə söndürülməsinin bir neçə həftə çəkəcəyi təxmin edilir.

Qeyd edək ki, yanğınla əlaqədar ətraf kəndlərdən 200-dən çox insan təxliyə edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova