ABŞ-ın Florida ştatında 3 yaşlı körpə oğlunu öldürtmək üçün qatil tutmağa çalışan ana saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Məlumata görə, qadın 3 yaşlı oğlunun şəkillərini saxta internet saytında tapdığı "qatillə" paylaşıb.
Daha sonra ünvanı qeyd edərək, qətlin bir tarixə qədər tamamlanmasını tələb edib.
Sayt sahibinin hadisəni polisə bildirməsindən sonra araşdırmalar başladılıb.
İP ünvanı vasitəsilə yeri aşkar edən əməliyyatçılar gənc qadını saxlayıblar.
Uşağın nənəsi də ananın körpəyə zərər vermək niyyətində olduğunu təsdiqləyib.
Aysu Demokrat.az


