Gəncə şəhərində 1967-ci il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Vəfaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Gəncə şəhəri Məhsəti qəsəbəsi yeni məhlələrdə baş verib.
İlqar həmin ünvanda qızı Sevdanın evinin həyətində arvadı Vəfa ilə aralarında olan şəxsi münasibətlər zəminində mübahisə ediblər.
Mübahisə zamanı arvadının hər iki gözün alt qapaqlareınm qançırları ilə müşayət olunan xəsarəti yetirib.
Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, hadisə günü yaşadığı evin yanında olan kafedə yemək yeyib, spirtli içki qəbul edib:
“Sonra evə gəldim və arvadım ilə birlikdə Məhsəti qəsəbəsində yaşayan qızımın evinə qonaq getdik. Arvadım ilə qızımın yaşadığı evdə yemək yedik. Bundan sonra evin həyətinə çıxdım. Həmin vaxt arvadım da arxamca evin həyətinə çıxdı. Qızım isə evin içərisində qaldı. Evin həyətində olan yardımçı çardağı sökmək istədim. Arvadım həmin çardağı sökməməyimi bildirdi. Arvadımın sözlərindən əsəbləşdim. Bundan sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı əllərim ilə avadımın yaxasından tutaraq kəllə ilə sifət nahiyəsinə zərbə vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt arvadı Vəfa onun vurduğu kəllə zərbəsinin təsirindən yerə yıxılıb:
“Bundan sonra dava-dalaş davam etməyim deyə oradan uzaqlaşdım. Sonra mənə məlum oldu ki, qızım təcili tibbi yardım stansiyasına müraciət edib. Həkim tərəfindən arvadıma yardım göstərilib”.
Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən İlqarın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


