Kremlin sözçüsü Dmitri Peskov, Krım körpüsünə edilən hücum ilə əlaqədar açıqlama verib.
Demokrat.az xəbər verir ki, onun sözlərinə görə ölkə başçısı Vladimir Putin vəziyyətlə bağlı axşam saatlarında səlahiyyətlilərlə onlayn görüş keçirəcək.
Eyni zamanda bildirib ki, görüşdən sonra məsələ ilə bağlı daha ətraflı məlumat vermək mümkün olacaq:
"Buna baxmayaraq, bu terror hücumunun arxasında kimin olduğunu bilirik. Bu, hamımızdan daha diqqətli olmağı, əlavə tədbirlər, araşdırmalar aparmağı tələb edir.
Bu gün Kiyev rejimi gənc bir ailəni öldürdü. İnsanlar Krım körpüsündə yaralanıb. Bunu hər kəsin eşitməsi üçün danışmalıyıq. Bütün bunlar Kiyev rejiminin işidir. Bu cür faciələrin təkrarlanmaması üçün hamımız çalışacağıq, mümkün qədər ayıq-sayıq olacağıq".
Aysu Demokrat.az


