İdman Özəl

"Real Madrid" ötən mövsümü 12 milyon avro gəlirlə başa vurdu

Real Madrid ötən mövsümü 12 milyon avro gəlirlə başa vurdu

İspaniyanın "Real Madrid" klubu 2022-2023 mövsümünü 12 milyon avro gəlirlə bağlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə klubun İdarə Heyəti bu gün keçirilən iclasda açıqlama verib.

Açıqlamada futbolçuların transferləri nəzərə alınmamaqla klubun ötən mövsüm ümumi gəlirinin 843 milyon avro olduğu bildirilib.

Eyni zamanda Covid-19 epidemiyasından əvvəlki rəqəmlərdən (757 milyon avro) ilk dəfə daha çox gəlir olduğu vurğulanıb.

Ötən mövsüm 12 milyon avro mənfəət əldə edən Real Madrid, 30 iyun 2023-cü il tarixinə əsasən xalis borcunun 47 milyon avro olduğunu açıqlayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova