Daxili siyasət

6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib — 1 nəfər işdən çıxarılıb

6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib — 1 nəfər işdən çıxarılıb

Bu il Bakı Şəhəri üzrə prokurluq orqanlarının 6 nəfər əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2023-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib.

Bundan əlavə, 1 nəfərə irad tutulub, 1 nəfər isə tutduğu vəzifədən azad edilib.

D
demokrat.az