İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.comxəbər verir ki, dəyəri 556 min 209 manat 52 qəpik olan tender müsabiqəsinin qalibi“Abşeron Tekstil” MMC (VÖEN- 1503554731) olub.
“Abşeron Tekstil” MMC Dövlət Vergi Xidmətinin sifarişilə bu qurumun vəzifəli şəxsləri üçün xüsusi geyim forması və fərqləndirmə nişanları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Abşeron Tekstil” MMC -nin hüquqi ünvanı Nərimanov rayonu, Ak. Həsən Əliyev, ev 79/2, m. 50-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədova Ziyafət Əkbər qızıdır.


