Xarici siyasət

"Dəmir general": Ukrayna Silahlı Qüvvələrinin Ali Baş komandanı Valeri Zalujnı

Dəmir general: Ukrayna Silahlı Qüvvələrinin Ali Baş komandanı Valeri Zalujnı

Bu gün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş komandanı Valeri Zalujnı 50 illik yubileyini qeyd edir.

Maraqlı faktlar. Valeri Zalujnı:

* Hərbçilər ailəsində doğulub, uşaqlıqdan əsgər olmaq arzusundaydı. Uşağlığı hərbi hissələrdə keçib.

* 4 ali təhsili var.

* Ukraynanın tarixində səngərlərdə döyüşən SQ-nin ilk Ali Baş komandanı kimi tarixə düşüb. 2014-cü ildən Donbasın müdafiəsində iştirak edib və səngərdə döyüşən zabitlərdən biriydi.

* 2022-ci ildə "Politico" onu "Dəmir general" adlandırdı və bundan sonra bu ləqəb üstündə qaldı.

* SQ-nin Ali Baş komandanı vəzifəsinə təyin olunandan sonra 2021-ci ilin oktyabrında insanlara çağırış etmişdi:

- Mən birmənalı olaraq korrupsiyanı qəbul etmirəm və Ukrayna Silahlı Qüvvələrində onun yayılmasına imkan verməyəcəm. Korrupsiyaya "sıfır" tolerantlıq-istənilən vəzifəyə təyinatın fundamental prinsipidir.

Həmin zamanda Zalujnı insanlardan xahiş etmişdi ki, korrupsiya hallarına rast gəldikdə, dərhal şəxsən özünə xəbər versinlər. Bunun üçün telefon nömrəsini və e-mail ünvanını açıqlamışdı.

Zalujnı ailəsinin Odessa vilayətində 70 kv m² sahəsində evləri və bir neçə torpaq sahələri, 1 Cherri Tiggo və 1 Nissan Patrol maşını var.

* 2 qızı var. Natalya hərbçidir, Kristina isə tələbədir, tibb institutunda oxuyur.

D
demokrat.az