Sosial

Siyavuş Novruzovun qardaşı yüksək vəzifəyə təyin olundu — FOTO

Siyavuş Novruzovun qardaşı yüksək vəzifəyə təyin olundu — FOTO

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

Ucnoqta.azxəbər verir ki, bu vəzifə gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Nəcəf Novruzova həvalə edilib.

Bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edib.

Novruzov göstərilən etimada görə təşəkkürünü bildirib.

Nəcəf Novruzov daha əvvəl Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.

Siyavuş Novruzovun qardaşı yüksək vəzifəyə təyin olundu — FOTO

NE
Nihadə Eyyubova