“Rusların həyata keçirdiyi fəaliyyət sülhməramlı deyil. Çünki sülhə töhfə verən tərəf qarşı tərəfi, yəni qanunsuz erməni silahlı birləşmələrini həm logistik, həm siyasi cəhətdən dəstəkləməz, silah-sursatla təmin etməz”.
Bu fikirləri Demokrat.az-a politoloq Natiq Miri bildirib.
O deyib ki, bununla Rusiya sülh prosesində özünün dağıdıcı ünsür olduğunu ortaya qoyur:

Politoloq qeyd edib ki, Rusiyanın sülh prosesinə təhlükə yaratdığı göz qabağındadır:
“Buna görə də Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması məsələsi gündəmə gətirilməlidir”.
Törə Zeynallı Demokrat.az


